Əlaqə Arxiv
news Image
2017.01.18
15:27
| A A A
Sərhəd Qoşunlarında əsgər belə dəyişdi - VİDEO

Təxminən bir il əvvəl sosial şəbəkələrdə hərbi geyimli bir əsgərin silahdan atəş açarkən videosu paylaşılmışdı.

Movqe.az-ın məlumatına görə, bu video sosial şəbəkələrdə geniş müzakirə olundu. Bir çox vətəndaşlar həmin gəncin fiziki qüsurlu olduğunu idda edərək, onun hərbi xidmətə çağırılmasının yolverilməz olduğunu yazırdılar.

Hətta buna görə, bəzi dövlət qurumları da ittiham obyekti olmuşdu.

Həmin gənc əsgər Sərhəd Qoşunlarında xidmətini davam etdirərək, xidmət etdiyi hərbi hissənin nümunəvi əsgərlərindən birinə çevrilib. O, bu gün müxtəlif atıcı silahlardan peşəkarcasına istifadə etməklə yanaşı, xidmət zamanı dəfələrlə fərqlənib.

ESGER2

 Movqe.az  Sərhəd Qoşunlarında həmin əsgərin hərbi xidmət müddətində necə dəyişdiyini təqdim edir. Videoda ilk vaxtlar avtomatdan atəş açmağa çətinlik çəkən gənc xidmətini Çevik Hərəkət Dəstəsində necə davam etdirməsinin şahidi olacaqsınız.

Sizin Reklam Yeriniz