Əlaqə Arxiv
news Image
2017.01.19
08:00
| A A A
Radikal müxalifət düşərgəsində böyüyən pul davası
Bu düşərgə təmsilçiləri üçün pul yenə ön planda yer alır

Bu günlərdə bir müddət nisbi sakitliyi ilə seçilən radikal müxalifət düşərgəsində yenə gündəm qarışıb. Mediada müxalifətçilərin pul davası etdikləri barədə informasiyalar səngimir. Məlumatdan belə başa düşülür ki, AXCP-nin demokratiya arzuları pula bağlı imiş. Söhbət 175 min avroluq qrant layihəsindən gedir. Özü də haradan, haradan? Soros fonduna bağlı donor təşkilatdan! Soros fondu haqda məlumat verməyə ehtiyac yoxdur. Bu fondun həyata keçirdiyi fırıldaqlar, yıxdığı evlər (siyasi sistemlər) barədə mətbuatda Təbii ki, Azərbaycan da bu dairədə istisnalıq təşkil etmir. Nə isə, Soros qalsın bir tərəfdə, bəs, bizim müxalifət niyə işini sahmana sala bilmir? Ümumiyyətlə, son mitinqlər zamanı da xeyli söz-söhbət gəzdi ki, insanları mitinqə cəlb etmək üçün xaricdən külli-miqdarda vəsait alınıb. Vaxt vardı camaat vətənpərvərlik duyğuları ilə meydanlara axışırdı. Onda bu proses təbii idi və nümayişə istəkli olanların sayı yüz minlərlə olurdu. Amma indi sosial bazaları olmadığından radikal müxalifət  pulla cüzi sayda olsa da özləriən tərəfdar toplamağa cəhd edir, onları şirnikləndirilirlər. Özü də o fonda ki, mitinqin təşkilatçıları və oratorları haqqı kənara atıb nahaq danışırlar. Bir də mitinqlərdə çevir tatı, vur tatı olur. Dəyişən yalnız səslərin tembrində özünü göstərir. Buna görə də mitinqə gəlmək   pulla yanaşı, həm də vicdan işidir.Mitinqlərin sönük keçməsinin səbəbi insanların radikal müxaliftəin pul siyasətiən də etiarzlarıdır.  

Bu dəfə verilən informasiyada isə müxalifətdaxili “razborka” məsələsi səs-küy yaradıb. Bir qrup AXCP-çi ilə Fransada yaşayan Qənimət Zahid arasında Əli Kərimlinin sifarişi ilə 175 min avronun  məsələsi qəti şəkildə qaldırılıb. Çünki, saytların yazdığına görə, onun vasitəsilə Bakıya çatdırılmalı olan pul elə onun vasitəsilə də Avropada xırıd olunub. İndi Əli Kərimli hesabat və pulun yarısını tələb edir. 
Düzdür, Q.Zahid yazılanları qəbul etmir. Bildirir ki, ortada qrant söhbət yoxdur. Özünün yeni açdığı “TuranTV”-ni hər ay 10 avrodan 100 avroya qədər vəsait ödəməklə mühacir azərbaycanlılar maliyyələşdirir. Bu yerdə 10 il əvvəl Fransanın Metz şəhərində yaşayan bir neçə azərbaycanlı ailənin yaratdığı diaspor mərkəzinin fəaliyyəti yada düşür. Mərkəzin sədri Fransanın hər yerində yaşayan təxminən 200 ailəyə illik 25 avro üzvlük haqqı ödəmələri barədə göndərdikləri məktuba yalnız bir nəfər müsbət cavab vermişdi. İndi necə olur ki, hansısa bi TV-yə ayda 100 avro vəsait ödəməyə hazırdırlar? Nə isə, pul ilə nəfəs alan müxalifət çətin ki, xalq üçün nəsə edə bilsin. Faktlardan göründüyü kimi, onlar öz təmtəraqlı həyatları üçün çalışırlar.
N.NOVRUZ

Sizin Reklam Yeriniz