Əlaqə Arxiv
news Image
2017.01.19
16:36
| A A A
Poroşenko: Azərbaycan bölgədə Ukraynanın etibarlı dostu və strateji müttəfiqidir

Azərbaycan bölgədə Ukraynanın etibarlı dostu və strateji müttəfiqidir.

Azərbaycanın Ukraynadakı səfirliyindən  verilən məlumata görə, bunu prezident Petro Poroşenko xarici ölkələrin Ukraynadakı səfirləri ilə keçirdiyi illik ənənəvi görüşü zamanı vurğulayıb.

Xarici səfirlərlə keçirilən tədbirdən öncə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevlə görüşən P.Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevə xoş və səmimi salamlarını çatdırmağı xahiş edib. Ukraynanın dövlət başçısı ötən ilin iyulunda Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayaraq, səfər çərçivəsində keçirilən görüşlərin yaddaşında ən xoş təəssürat kimi qaldığını vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə tək Azərbaycanda deyil, ümumiyyətlə, bölgədə həyata keçirilən qlobal sosial-iqtisadi layihələrin əhəmiyyətindən söz açaraq, müstəqil Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlərdən məmnun olduğunu nəzərə çatdırıb.

Azərbaycanı bölgədə Ukraynanın ən etibarlı dostu və strateji müttəfiqi adlandıran Prezident P.Poroşenko rəsmi Kiyevin hər zaman olduğu kimi Azərbaycanın ərazi bütövlüyünə və haqlı mövqeyinə dəstək verdiyini vurğulayıb.

Azərbaycanla bağlı dediyi isti və səmimi sözlərə görə Ukraynanın dövlət başçısına dərin minnətdarlığını bildirən A.Xudiyev səfir olaraq Azərbaycan-Ukrayna dostluğunun daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Sonra Ukrayna Prezidenti xarici dövlətlərin səfirləri ilə geniş tərkibli görüş keçirib.

Görüş zamanı Ukrayna ilə dünyanın müxtəlif ölkələri arasında mövcud olan iqtisadi, siyasi, elmi, mədəni əlaqələrdən bəhs edən P.Poroşenko rəsmi Kiyevin Azərbaycan və Türkiyə ilə qarşılıqlı faydalı, strateji tərəfdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verdiyini bildirib.

Sizin Reklam Yeriniz