Əlaqə Arxiv
news Image
2017.01.19
17:57
| A A A
Azərbaycan Rusiya ilə 5 milyard dollarlıq müqavilələr imzalayıb: yeni silahlar alır

"Biz yeni silahların alınması ilə bağlı Moskva ilə danışıqlar aparırıq”.
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində RİA "Novosti"-yə müsahibəsində deyib. 
 
Dövlət başçısı Rusiyanın hərbi sənayesinin yüksək səviyyədə inkişaf etdiyini bildirib: “Biz xüsusilə ən müasir müdafiə silahları ilə maraqlanırıq. Bunlara helikopterlər, müdafiə sistemləri-bütün kompleks daxildir. Bu daimi prosesdir”.
 
Azərbaycan prezidenti bildirib ki, Rusiya ilə Azərbaycan arasında müdafiə sahəsində yeni müqavilələrin imzalanması üçün yaxşı perspektivlər var: “Siz tarixi bilirsiniz. Rəqəmlər elan olunub. 5 milyard dollarlıq müqavilələr imzalanıb. Onların əksəriyyəti artıq reallaşıb”. 

Sizin Reklam Yeriniz