Əlaqə Arxiv
news Image
2017.01.19
22:00
| A A A
FETÖ-nün Türkiyədə dövlət çevrilişinə cəhdindən sonra həbs olunanların sayı açıqlanıb
Türkiyə prezidenti: “93 mindən çox dövlət qulluqçusu işdən azad edilib”

“FETÖ-nün (Fətullahçı Terror Təşkilatı- “Report”) dövlət çevrilişinə cəhdindən sonra 43 minə yaxın şəxs həbs olunub”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra başçılarının toplantısında bildirib.
Onun sözlərinə görə, çevriliş cəhdindən sonra 93 mindən çox dövlət qulluqçusu işdən azad edilib. 
Qeyd edək ki, 2016-cı ilin iyulun 15-də FETÖ Türkiyədə dövlət çevrilişinə cəhd edib. Türkiyənin hüquq-mühafizə orqanları cəhdin qarşısını alıb. 

Sizin Reklam Yeriniz