Əlaqə Arxiv
news Image
2017.01.20
07:00
| A A A
Cəbhədə yenidən snayperlər işə düşür
Üzeyir Cəfərov: “İndiyə qədər dəfələrlə edilən xəbərdarlığa rəğmən, ermənilər baş verənlərdən nəticə çıxartmaq istəmirlər” Tərlan Eyvazov: “Ermənlərin “qulağı” yenidən lazım qədər burulmaldır ki, hərəkətlərinə diqqət etsinlər”

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlarını davam etdirir. Bu fonda müxtəlif silahlardan, məsələn, artilleriyadan, odsaçanlardan istifadə halları artır. Son dövrlərdə isə snayper tüfənglərindən də istifadə etməklə düşmən atəşkəs rejimini pozur. Halbuki, bundan əvvəl ermənilər özləri cəbhə bölgəsindən snayperlərin geri çəkilməsini istəyirdilər. Amma indi əks addım atırlar.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirir ki, ermənilər ağılsızlığını davam etdirir: “İndiyə qədər dəfələrlə edilən xəbərdarlığa rəğmən, ermənilər baş verənlərdən nəticə çıxartmaq istəmirlər. Baş verənlər də bütövlükdə onların ziyanına işləyir. 
Son günlər ordu daxilindəki - nizamnamədən kənar münasibətlər zəminində bədbəxt hadisələr, o cümlədən atəşkəsi pozmaq nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində xeyli sayda əsgərlərini itiriblər. Ermənilər ağıllanmalı idilər. Amma görünən odur ki, təxribatların həm sayını, həm də silahların çeşidini artırırlar. Ötən il həftələrdə ermənilər 60, 80, 120 millimetrlik minaatanlardan istifadə etdilər. İndi də "Şmel" reaktiv odsaçan silahla yanaşı, snayperləri hərəkətə gətiriblər. Demək istəyirlər ki, erməni üçün ağıl deyilən nəsə yoxdur. Ağılları olsa idi, sakitləşərdilər. Çünki, Azərbaycan heç bir halda onların hərəkətlərini cavabsız qoymayıb və qoymayacaq. Hər bir şəhidə görə ermənilərə veriləcək cavab özünü çox gözlətmir. 
Son günlər də snayper tüfənglərindən istifadə edib, guya ön sırada duran əsgərlərimizə zərər vurmaq istəyilər. Düzdür, düşmənin gülləsindən sığortalanmaq mümkün deyil. Lakin ordumuz da bilir ki, son vaxtlar düşmən xeyli sayda snayperləri ön xəttə cəlb edib. Bu, Ermənistanın sözü ilə əməli üst-üstə düşməyən məqamlardır. Özləri əvvəl ATƏT vasitəsi ilə bildirirdilər ki, snayperlər atəş xəttindən geri çəkilsin. Eyni zamanda, özləri buna əməl etmirlər. Ancaq nə etsələr də, Azərbaycan Silahlı Qüvələri düşmənin heç bir hərəkətini cavabsız qoymayıb. Bundan sonra da hər bir hərəkətlərinə görə ağır cəza alacaqlar”. 
Hərbi məsələlər üzrə digər ekspert Tərlan Eyvazov bildirdi ki, ermənilər ciddi cəhdlərlə təxribatlara davam edirlər: «Ermənilərin "Şmel" odsaçan silahdan atəş açmasını da bu kontektsdən dəyərləndirmək olar. Hansı ki, həmin silah sülh şəraitində qadağan edilib. Çünki, odsaçan adlandırılmasına baxmayaraq, kimyəvi silahdır. Tərkibi müxtəlif kimyəvi maddələrdən ibarətdir. Düşdüyü yerdə olduqca böyük fəsadlar yaradır. 200 kvadratmetr ərazidə heç bir canlı sağ qalmır. Bu silahdan müharibə vaxtı baktereoloji məkanın təmizlənməsi üçün istifadə oluna bilər. Lakin ermənilər açıqca bundan istifadə etdilər və Azərbaycanı günahlandırdılar. Düzdür, ATƏT-in təxribatı kimin həyata keçirdiyini müəyyən etmək üçün imkanları var. Amma bunu etmir. 
Digər tərəfdən, Rusiyanın peşəkar diplomatı Sergey Lavrov qərəzli bəyanat verdi. Bu, erməniləri Azərbaycan üzərinə hücuma şirnikləndirməkdən ibarətdir. Buna görə də çəkinmədən snayperlərdən, sabah da daha iriçaplı silahlardan istifadə etmələri mümkündür. Azərbaycan isə təxribatların qarşısını almalıdır və alır. Düşmən düşünür ki, ötən ilin aprel döyüşlərindən sonra hücum növbəsi onlarındır. Ona görə də təxribatlara davam edirlər. Deməli, ermənlərin “qulağı” yenidən lazım qədər burulmaldır ki, hərəkətlərinə diqqət etsinlər. Bunun üçün də  Azərbaycanın bütün imkanları var”.
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz