Əlaqə Arxiv
news Image
2017.01.22
15:29
| A A A
BMT-nin Suriya üzrə xüsusi elçisi Astanaya gedib

BMT-nin xüsusi elçisi Staffan de Mistura Suriya üzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib. Movqe.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan XİN rəhbəri Anuar Jaynakov bildirib.  

 
Qeyd edək ki, Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq.  
 
İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanada səfərdədir. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyəcək, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.

Sizin Reklam Yeriniz