Əlaqə Arxiv
news Image
2017.01.23
11:24
| A A A
Azərbaycan prezidenti Pirəkəşküldə hərbi şəhərciyin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.
 
Movqe.az-ın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
 
Dövlət başçısı İlham Əliyev əvvəlcə Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.
 
Ali Baş Komandan hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsib.
 
Prezident İlham Əliyev hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.
 
Sonra dövlət başçısı, Ali Baş Komandan hərbi qulluqçularla görüşüb.

Sizin Reklam Yeriniz