Əlaqə Arxiv
news Image
2017.01.23
11:37
| A A A
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
Movqe.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu "Report"a deyib ki, iclasın gündəliyinə 27 məsələ daxildir.
Bunlar Milli Məclisin İntizam Komissiyasının, Hesablayıcı Komissiyasının yenidən təşkil edilməsi, Milli Məclisin 2017-ci il üçün yaz sessiyasının qanunveviri İşlər Planının təsdiq edilməsi, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, "İnformasiya əldə etmək haqqında", "Müflisləşmə və iflas haqqında", "Mühasibat uçotu haqqında", "Qrant haqqında", "Sosial sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Aviasiya haqqında", "Gömrük tarifi haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Tarix və mədəniyyət abilərinin qorunması haqqında" qanunlarına dəyişiklik layihələridir.

Sizin Reklam Yeriniz