Əlaqə Arxiv
news Image
2017.02.02
22:30
| A A A
Avropa Parlamenti Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə qərar verib

Avropa Parlamentinin bu gün keçirilən plenar iclasında Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi məsələsinə baxılıb. APA-nın xəbərinə görə, keçirilən səsvermə nəticəsində Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair qərar qəbul olunub. Qərarın lehinə 553, əleyhinə 66 parlamentar səs verib. 28 nəfər bitərəf qalıb.   Beləliklə, Avropa İttifaqı Şurasının yekun qərarından sonra Gürcüstan vətəndaşları Şengen zonasına vizasız səfər etmək hüququ qazanacaq.

Sizin Reklam Yeriniz