Əlaqə Arxiv
news Image
2017.02.02
17:40
| A A A
Trampın qəbul etdiyi dərmanların SİYAHISI-nı həkimi açıqladı

ABŞ prezidenti Donald Trampın şəxsi həkimi yerli mətbuata müsahibəsində yeni prezidentin hansı dərmanları qəbul etdiyini açıqlayıb.

Trend “New York Times” qəzetinə istinadən bildirir ki, D.Tramp sızanaqların yaranmasının qarşısının alınması üçün müntəzəm olaraq tetrasklin antibiotiki qəbul edir.

Bundan başqa, ürək tutması riskinin azalması məqsədilə uşaq aspirini də yeni prezidentin qəbul etdiyi dərmanlar siyahısındadır.

Həkim Harold Bornsteynin sözlərinə görə, 70 yaşlı prezident saçlarının tökülməsinin qarşısının alınması üçün və prostat adenomasının müalicəsi üçün finasterid preparatını qəbul edir.

 

Sizin Reklam Yeriniz