Əlaqə Arxiv
news Image
2017.02.04
09:15
| A A A
Erməniləri yeni aprel döyüşləri qorxusu bürüyüb
Serj Sarksiyan iqtidarı üçqat təzyiq altındadır

“Armenianreport.am” saytının əməkdaşı Ramella Mnasakanyan bu günlərdə yazdığı məqaləsində aprel döyüşlərinin nəticəsini belə xarakterizə edib: “Aprel müharibəsindəki məğlubiyyət göstərdi ki, Ermənistanı oğrular və satqınlar idarə edir”. Erməni jurnalist daha sonra qeyd edib ki, aprel müharibəsində məğlubiyyət Ermənistanın itkilərinin başlanğıcıdır: “Heç nə başa çatmayıb. Biz gələcək itkilərin cığırına daxil olduq. Lakin burada yeganə günah satqın hakimiyyətdə deyil. Hakimiyyət öz satqınlığını, oğurluğunu gizlətmir. Günahkarlardan biri də erməni xalqıdır. Çünki insanlar satqınlığı və oğurluğu görür, lakin susurlar. Bizim camaat hakimiyyətə təzyiq etməyi bacarmır. Sonuncu prezident və parlament seçkiləri də göstərdi ki, insanlar öz səslərini müdafiə edə bilmirlər. Əgər camaat müqavimət göstərə bilmirsə, onda məğlubiyyətlərin ardı gələcək”.

R.Mnasakanyanın çıxardığı nəticələr xəyalın məhsulu deyil, baş vermiş real hadisələrin üzə çıxardığı reallıqdir. Bu gün Ermənistan adlı dövlətin mövcudluğu təhlükə altındadır. Çünki, “dövlət” adlandırılan İrəvandakı siyasi başçıların getdiyi yol xalqı uğuruma aparır. Əvvələn, yoxsulluq və hüquqsuzluq altında inləyən ermənilər ölkədən baş götürüb qaçmaqla canlarını qurtarmağa çalışırlar. Fevral ayının 2-də Ermənistan Milli Statistika Xidmətinin demoqrafiya şöbəsinin rəisi Karina Kuyumcan həyəcanla bəyan edib ki, 2015-ci illə müqayisədə ötən il ölkə əhalisinin sayı 0,4 faiz yaxud 12 min 100 nəfər azalaraq 2 milyon 986,5 min nəfər olub. İl ərzində 24600 nəfər digər ölkələrə mühacirət ediblər. Açıqlanan rəqəmlərin həqiqəti əks etdirməsi çox şübhəlidir. Hələ bir neçə il əvvəl Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfranslarından birində elan etmişdi ki, Ermənistanda 1-1,5 milyon civarında əhali qalıb. Qalanları qazanc dalınca Rusiyaya qaçıblar. 
Digər tərəfdən mühacirət etməyə əlac tapmayanlar da oğru və quldurlardan təşkil olunmuş yerli hakimiyyətin istismarı altında əzab çəkir, ağızlarını açıb etiraz etməyə belə qorxurlar. Bütün bunların fonunda isə cinayətkarlarla əlbir olub hakimiyyəti zəbt etmiş Serj Sarkisyan güruhu ölkədə yerləşmiş Rusiya hərbi bazalarına istinad edərək xalqa Ermənistanın gücü və gələcək çiçəklənməyi barədə nağıllar söyləməkdən usanmırlar. Lakin onların əsl simaları Azərbaycan Ordusunun keçən ilin aprelində düşmənin təxribatlarına qarşı keçirdiyi cavab əməliyyatı büsbütün üzə çıxarıb. Erməni silahlı qüvvələrinin bivecliyini və başıpozuqluğunu ört-basdır etmək üçün dərhal Serjin təbliğat maşını iş salınaraq Rusiyada mükəmməl «İsgəndər-M» taktiki-əməliyyat raketlərinin alınmasının görüntüsü yaradılsa da sonradan məlum olub ki, heç demə bu raketlər rus hərbi bazasına məxsusdur və 2014-cü ildən orada yerləşir. Beləliklə, artıq erməni cəmiyyəti də həqiqəti görür və anlayır. Buna görə də aclığa son qoymaq üçün həqiqəti müdafiə etməyin, yəni, Azərbaycanın işğal edilmiş torpaqlarından erməni qoşunlarının çıxarılmasının vacibliyini dərk edir. Əks təqdirdə yeni, daha çox itkilərə səbəb olacaq əməliyyatların baş tutacağını göz altına aqlmaq gərəkdir. Bu isə bütövlükdə Ermənistanın taleyi üçün çox acınacaqlı ola bilər.
Saydığımız bu məsələlər erməni cəmiyyətini o dərəcədə həyəcanlandırıb ki, artıq ermənilər özləri öz hökumətlərinə təzyiq göstərmək niyyətinə düşüblər. Demək, Serj Sarkisyanın hakimiyyəti üçqat təzyiq altına alınır: cəbhədə Azərbaycan Ordusu gündən-günə gücünü və mövqeyini gücləndirir, beynəlxalq arenada ictimai xadimlər, siyasi fəallar sülhə çağırışı artırır, yerli camaat Qarabağın işğalını və Xocalı soyqırımını təsdiqləyir və hökuməti qonşularla barışığa səslə\yir. Bu istiqaqmətlərin güclənən fonunda gözləmək olar ki, Ermənistanın siyasi hakimiyyəti beynəlxalq hüquq və normalara hörmət edəcək, dünya ictimaiyyətinin səsinə adekvat cavablar vermək üçün özündə güc tapacaq.

N.NOVRUZ 

Sizin Reklam Yeriniz