Əlaqə Arxiv
news Image
2017.02.04
14:30
| A A A
ABŞ-da son günlərdə 100 mindən çox viza ləğv olunub

ABŞ prezidenti Donald Trampın yeddi müsəlman ölkəsi vətəndaşlarının ölkəyə girişini məhdudlaşdıran fərmanından sonra 100 mindən çox Amerika vizası ləğv olunub. Bu barədə "Washington Post" qəzeti yazıb.

Məlumata görə, bu rəqəm şənbə günü Dalles beynəlxalq aeroportuna (Virciniya ştatı) gəldikdən sonra Amerika ərazisinə girişinə qadağa qoyulan iki yəmənli qardaşın işi üzrə məhkəmə dinləmələri zamanı səsləndirilib. Onlar Efiopiyaya qayıtmaq məcburiyyətində qalıblar.

Sizin Reklam Yeriniz