news Image
2017.02.04
19:30
| A A A
“ABŞ diqqətini Azərbaycana yönəldəcək”

“Reks Tilersonun dövlət katibi təyin edilməsindən sonra ABŞ Rusiyanı Qafqaz və Mərkəzi Asiyadan sıxışdırıb çıxarmağa çalışacaq. ABŞ Buşun siyasətinə qayıdacaq və diqqətini Ukraynadan ayıraraq, Xəzər dənizinə yönəltməyə üstünlük verəcək”, - bunu virtualaz.org-a müsahibəsində Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin dosenti, məşhur ekspert Aleksey Fenenko deyib.

Ekspertin fikrincə, Tillersonun neft-qaz kompleksi ilə əlaqələri belə deməyə əsas verir ki, Ştatlar bu sahəyə daha böyük diqqətlə yanaşacaqlar və bu, Rusiya üçün Qafqazda və Mərkəzi Asiyada ciddi problemə çevrilə bilər.

“Bu, Gürcüstanda amerikan oyununun fəallaşması, Azərbaycana müdaxilə cəhdləri və Türkmənistanla, Özbəkistanla və bizim üçün daha acınacaqlısı – Qazaxıstanla müstəqil işləməklə Mərkəzi Asiyada Rusiyanın sıxışdırılması cəhdləri ola bilər. Şanxay Əməkdaşlıq Təşkilatına qarşı oyun cəhdlərini və Mərkəzi Asiyaya müdaxilə cəhdlərini gözləməliyik”, - rusiyalı analitik bildirib.