news Image
2012.04.24
14:25
| A A A
Türkiyədən İsrailə ikinci zərbə!
Türkiyə ikitərəfli əlaqələrdə böhran yaşayan İsrail istiqamətli NATO vetosuna davam edir.

Keçən il İsrailin NATO nəzdində  bir nümayəndəlik  açmasına maneə olan Türkiyə, indi də 20-21 mayda  Çikaqoda keçiriləcək NATO  zirvəsinə  İsrailin qatılmasına veto qoyub.

Qərar 19 apreldə Xarici İşlər Nazirləri konfransında xarici işlər naziri Əhməd Davudoğlu tərəfindən verilib. 

Xarici İşlər Nazirliyi rəsmiləri, Türkiyənin İsrailə qarşı yalnız NATO deyil bir çox beynəlxalq təşkilatlarda blokaj tətbiqini xatırladaraq bildiriblər ki, "İsrail, Mavi Mərmərə hadisəsi səbəbiylə Türkiyədən üzr istəyib, təzminat ödəməyi qəbul  edənə qədər bu cür tətbiqlərin davam ediləcək." 

Ancaq Türkiyənin bu hərəkəti, NATO xarici işlər nazirləri konfransında  başda NATO baş katibi Anders Fogh Rasmussen olmaqla  iştirakçıların reaksiya göstərmələrinə səbəb olub.


Ziba Yusifova


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs