Latviya Rusiya ilə sərhəddə 23 km-lik hasar çəkib
Latviya ilə Rusiyanın sərhədində 23 kilometr uzunluğunda hasar çəkilib. Movqe.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Latviyanın Dövlət Sərhəd Mühafizəsinin mətbuat katibi Yevgeni Poznyak bildirib.
2017-ci ildə daha 60 kilometr hasarın çəkilməsi planlaşdırılır ki. səddin ümumi uzunluğu cəmi 193 kilometr olacaq.
Poznyakın sözlərinə görə, hasarın tikilməsində məqsəd qeyri-leqal miqrantların qarşısının alınmasıdır.
Bu il sərhədin möhkəmləndirilməsinə Latviya büdcəsindən 6,3 milyon avro vəsait ayrılıb.