news Image
2017.02.05
12:30
| A A A
Qadağa siyahısındakı ölkələrin şübhəli vətəndaşları ABŞ-a buraxılmayacaqlar

ABŞ prezidenti Donald Trampın miqrasiya barədə fərmanının şamil edildiyi ölkələrin şübhəli hesab olunan vətəndaşları ölkə ərazisinə buraxılmayacaqlar. APA-nın xəbərinə görə, bu barədə “Röyters”ə Daxili Təhlükəsizlik Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

 
Məlumata görə, nazirlik bu fərmanın tezliklə icrasına dair təcili tədbirlər planı hazırlayacaq.
 
Xatırladaq ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
 
Fərman geniş etirazlara səbəb olub. ABŞ-ın 15 ştatının baş prokuroru Trampın bu qərarını qanunsuz adlandırıb.
 
Qeyd edək ki, ötən gün ABŞ-ın Siettl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar Vaşinqton və Minnesota ştatları tərəfindən qaldırılan iddia əsasında hakim Ceyms Robart tərəfindən qəbul olunub. Bütün ölkə ərazisində qüvvədə olan məhkəmə qərarı ABŞ hökumətinə yeni fərmanın şamil olunduğu şəxslərin deportasiyasını qadağan edir.