Əlaqə Arxiv
news Image
2017.02.06
10:10
| A A A
Rumıniyada 400 min insan hökumətin istefasını tələb edir

Rumıniyada hökumət əleyhinə etirazların altıncı günü təqribən 400 min nəfər küçələrə çıxıb.

"Report" xəbər verir ki, mitinq Nazirlər Kabinetinin ölkədə sözügedən kütləvi etirazlara səbəb olan Cinayət Məcəlləsinə düzəlişləri ləğv etməsinə baxmayaraq davam etdirilir.

Mətbuat bir neçə gündür ardıcıl surətdə keçirilən mitinqləri son 25 ildə ən kütləvi etiraz aksiyaları adlandırıb.

Nümayişçilər hökumətə inanmadıqlarını və onun istefasını tələb etdiklərini bildirirlər. İnsanlar qeyd edirlər ki, Nazirlər Kabineti istefaya getməyincə etirazlara ara verməyəcəklər.

Etirazçılar əllərində hökumət və Liviu Draqnyanın başçılıq etdiyi hakim Sosial-Demokrat Partiyasının əleyhinə şüarların yazıldığı plakatlar tutublar.

Sizin Reklam Yeriniz