Əlaqə Arxiv
news Image
2017.02.13
14:26
| A A A
Azərbaycanda iki nazirlik ləğv edildi, yerində bir nazirlik yaradıldı-Prezidentdən sərəncam

Azərbaycanda iki nazirlik ləğv edilərək yerində bir nazirlik yaradılıb. Movqe.az-ın məlumatına görə, bu barədə ölkə başçısı sərəncam verib. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılsın. Prezidentin digər sərəncamına görə, Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. 

 

 

Sizin Reklam Yeriniz