news Image
2012.04.24
14:33
| A A A
İlk gəmi 26 Apreldə yola çıxacaq, Türkiyə Misirlə qonşu olacaq!

Movqe.az bildirir ki, Türkiyə ilə Misir arasında Ro-Ro səfərləri başlayır. İqtisadiyyat naziri Çağlayan ilk gəminin 26 apreldə hərəkət edəcəyini açıqlayıb.

TOBB (Türkiye Odalar ve Borsalar Birliği) başçısı Rüfat Hısarcıklıoğlu bildirib: "Xəttin qurulması nəticəsində bir-birimizlə sərhəd ölkə olacağıq."

İqtisadiyyat naziri Zəfər Çağlayan, Türkiyə ilə Misir arasındakı Ro-Ro nəqliyyatı müqaviləsinin əhəmiyyətini vurğulayaraq, Mersin Limanında 26 apreldə ilk gəminin Misirə doğru yola çıxmasının tətbiq olunmasına başlayacaq müqavilənin ticarət qədər iki ölkə üçün prestij layihəsi də olduğunu bildirib.

Nazir Çağlayan və nazirlikdəki Uğur Ercan konfrans zalında təşkil edilən Türkiyə ilə Misir arasında Ro-Ro və Quru yolu Tranzit nəqliyyatı haqqında əməkdaşlığa dair razılaşma imzalanması mərasimində iştirak edib.

Çağlayan bildirib ki, "Ro-Ro işinə xüsusi sektor nəzarət edəcək. Dövlət bu sektora kömək olacaq. İlk gəmi bu ayın 26-sında Mersin Limanından yola çıxacaq. Buradakı təchizatları tələblər müəyyənləşdirəcək."


Ziba Yusifova


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs