news Image
2017.02.16
14:10
| A A A
Aprel hadisələri ilə bağlı istintaq aparılır - Hərbi prokuror

“Təkcə aprel hadisələri deyil, ümumiyyətlə hərbi hissələrdə istər öz hərbçilərimiz tərəfindən, istərsə də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hər bir kriminal hadisə insanlıq əleyhinə olan hadisə kimi hərbi prokurorluq tərəfindən dərhal fiksə olunur”.

Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

Onun sözlərinə görə, aprel hadisələri ilə bağlı cinayət işi başlanılıb: “Erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərlərinin meyitləri müayinə olunub, lazımi istintaq əməliyyatları aparılıb. Ermənistanın hərbi qüvvələri tərəfindən Azərbaycanın Tərtər rayonunun kəndinə beynəlxalq faktlarla istifadəsi qadağan olunmuş fosforlu mərmi atılıb. Bununla bağlı istintaq hərəkətləri aparılır. Xarici ölkələrin Azərbaycanda təmsil olunan diplomatik nümayəndəlikləri də orada iştirak ediblər”.

X. Vəliyev deyib ki, bu faktların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində prokurorluq və aidiyyəti orqanlar tərəfindən işlər aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs