news Image
2017.02.16
14:49
| A A A
“Dağlıq Qarabağın müstəqilliyi müzakirə mövzusu deyil” - Əli Əhmədov

Beynəlxalq təşkilatlar Dağlıq Qarabağda qanunsuz "referendum"u tanımayacaqlar.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib: "Həqiqət ondan ibarətdir ki, bütün dünya, beynəlxalq qurumlar birmənalı şəkildə dərk edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu, müvafiq qətnamələrdə də öz əksini tapıb. Problemin bu günə qəqər həll olunması bu yanaşmanın dəyişməsi anlamına gətirmir. Beynəlxalq təşkilatlar da bu qənaətdədirlər, Azərbaycan dövləti və Azərbaycan xalqı da qəti şəkildə Dağlıq Qarabağla bağlı öz mövqeyini ortaya qoyub. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, heç bir halda Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Heç bir qarış torpağımız Azərbaycan ərazisindən qoparılıb ayrıla bilməz".

Baş nazirin müavini vurğulayıb ki, Dağlıq Qarabağın müstəqilliyi, Azərbaycandan ayrılması müzakirə mövzusu deyil, olmayıb və olmayacaq:

"O ki qaldı, ermənilərin "referendum" keçirməsinə, bunun bütövlükdə problemin həll olunmasına, Dağlıq Qarabağın Azərbaycana aid olub-olmaması məsələsinə elə bir aidiyyəti yoxdur. Təbii ki, Azərbaycan dövləti, xalqı belə bir "referendum"u tanımır, tanımayacaq. Beynəlxalq təşkilatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan qurumlar bu "referendum"u və onun nəticələrini tanımayacaqlar. Beləliklə, bu "referendum" və onun nəticələri Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş əraziləri ilə bağlı mövqeyinə hər hansı təsir göstərməyəcək. Bu, sadəcə olaraq münaqişənin nizamlanması ilə bağlı aparılan işlərin müəyyən qədər çətinliyə salınması məqsədilə Ermənistan tərəfindən törədilən təxribatlardan biri kimi qiymətləndirilə bilər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs