Əlaqə Arxiv
news Image
2017.02.16
15:10
| A A A
Ermənilərin girov götürdüyü Elnur Hüseynzadə ilə bağlı Hərbi Prokurorluq araşdırma aparır

Bir müddət əvvəl təmas xəttində ermənilər tərəfindən girov götürülmüş Bərdə rayon sakini Elnur Hüseynzadə ilə bağlı Respublika Hərbi Prokurorluğu araşdırmalara başlayıb.

Movqe.az-ın  məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Respublika Hərbi Prokuroru Xanlar Vəliyev deyib.

Onun sözlərinə görə, E.Hüseynzadə əvvə­llər hərbidə xidmət edib:

"Amma düşmən tərə­finə keçməzdən əvvəl ­hərbi xidmətdən tərxi­s olunması barədə əmri­ var. Bununla bağl­ı hazırda araşdırma aparı­lır".

Qeyd edək ki, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu Ermənistan hərbçiləri tərəfindən saxlanılıb.

Sizin Reklam Yeriniz