Əlaqə Arxiv
news Image
2017.02.16
16:48
| A A A
BQXK ermənilərin girov götürdüyü Elnur Hüseynzadə ilə görüşüb

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşları Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Elnur Hüseynzadəyə baş çəkiblər.

Bu barədə Movqe.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilir ki, BQXK əməkdaşları fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən, Tərtər rayonu, Talış kəndi istiqamətində saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü, Hüseynzadə Elnur Elman oğluna baş çəkiblər.

Başçəkmə E.Hüseynzadənin hazırda saxlandığı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində həyata keçirilib. BQXK mandatına uyğun olaraq, E.Hüseynzadənin saxlanma şəraitini və onunla davranışı monitorinq edib.

Sizin Reklam Yeriniz