Əlaqə Arxiv
news Image
2017.02.16
18:11
| A A A
Macarıstan səfiri: "Cocuq Mərcanlı kəndində gördüklərimiz bizə çox təsir etdi"

"İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər təşkil etdiyinə görə Azərbaycan hökumətinə minnətdaram".
Bunu Report-a açıqlamasında dünən Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə birlikdə erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ziyarət etmiş Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.
Onun sözlərinə görə, Cocuq Mərcanlı kəndində gördükləri səfirlərə çox təsir edib: "Mən həm də Rusiya səfirinin bu səfərdə emosional anların olması ilə bağlı fikri ilə razıyam. İnsanlar əziyyət çəkirlər. Həqiqətən hamının insanların öz evlərinə qayıtması üçün bütün mümkün addımları atması lazımdır".

Sizin Reklam Yeriniz