Əlaqə Arxiv
news Image
2017.02.16
20:00
| A A A
Cozef Danford Azərbaycandan Türkiyəyə gedəcək

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford sabah Türkiyəyə səfər edəcək.

“Milliyet”in verdiyi məlumata görə, bu barədə Türkiyənin müdafiə naziri Fikri İşıq deyib. O, ABŞ-ın Türkiyənin PKK terror təşkilatının Suriya qanadı olan YPD-nin silahlı qrupu YPQ ilə bağlı etirazlarını dəyərləndirəcəyini bildirib: “ABŞ Türkiyəyə PKK ilə mübarizədə daha çox yardım göstərəcək”.

Qeyd edək ki, Cozef Danford hazırda Bakıdadır. O, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə görüş keçirmək üçün Azərbaycana gəlib.

Sizin Reklam Yeriniz