news Image
2017.02.16
23:00
| A A A
Əli Kərimlinin qohumları YAP-a üzv oldu

Əli Kərimlinin iki yaxın qohumu Yeni Azərbaycan Partiyasına (YAP) üzv olub.

Bunu “Azərbaycan fermeri” qəzetinin baş redaktoru, AXCP sədri Əli Kərimlinin əmisi oğlu Nuhəli Kərimov deyib. O bildirib ki, Əli Kərimlinin 18 yaşı tamam olan iki əmisi nəvəsi YAP-ın üzvü olub. Onlar Uğur Kərimli və Rəsul Əlizadə oğlu Kərimlidir. 

“Ailəmdə 8 üzv var, hamısı YAP-ın üzvüdür. Nəslimiz böyük nəsildir. Bizim nəsildə 200-ə yaxın şəxs YAP-ın üzvüdür. Nəslimizdə yaşı 18-ə çatanlar da YAP-a üzv yazılır”, - deyə Əli Kərimlinin əmisi oğlu bildirib.

Nuhəli Kərimovun sözlərinə görə, bir zamanlar Azərbaycan Xalq Cəbhəsi Partiyası nda tanınmış simalar var idi, indi isə onların heç biri yoxdur. 

“Bütün bunlar Əli Kərimlinin uğursuz siyasətinin nəticəsidir. Bir partiyanı idarə edə bilməyən Əli Kərimli bu gün ölkədə prezidentlik uğrunda mübarizə aparır. Bu, çox gülməlidir. Kərimlilər nəslinin ağsaqqalı mənəm. Əli Kərimlinin ağsaqqalı kimi ona bacardığı işin dalınca getməyi tövsiyə etmişəm. Deyirəm ki, bacardığın işin dalınca get. Dövləti idarə etmək sənlik deyil. Savadlı adam ola bilərsən, ancaq savad prezident olmaq üçün bir çox göstəricilərdən biridir”.(musavat.com)

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs