Əlaqə Arxiv
news Image
2017.02.17
10:00
| A A A
“Amnesty İnternational” yenə qərəzli göstərişlərin icrası ilə məşğuldur
Qərəzli mövqe bu təşkilatın imicini sıfıra endirib

Bu günlərdə “Amnesty İnternational”un yadına yenə Azərbaycan düşüb. Görünür, hardasa Azərbaycan, Belarus və Aleksandr Lapşin adlarına rast gəlib və dərhal gözünü yumub, ağzını açıb. Fəqət əlinə tutarlı fakt düşmədiyindən falçılıq qabiliyyətindən istifadə etməli olub və fərziyyələr əsasında Azərbaycanı ittiham etməkdən özünü saxlaya bilməyib. Bununla da sübut edib ki, Qərbin ikili standartlarla formalaşmış siyasətinin quludur və yuxarıdan verilən göstərişlərlə işləyir. 

Düzdür, bu təşkilat adi bir qeyri-hökumət təşkilatıdır, ilk baxışda ona fikir verməyin elə bir önəmi yoxdur. Məhz yuxarıdan idarə olunduğu üçün də diqqət yetirmək lazımdır, çünki ona cavab əslində, elə onu yönəldənlərə cavabdır. Üstəlik, qurumun Azərbaycana qarşı qərəzi bitmədiyindən onun döhtanlarını faş etmək həmişə yerinə düşür. Məsələn, öz torpağında erməni işğalçılar tərəfindən həbs edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi “Amnesty İnternational”  kimi təşkilatların nizamnaməsinə görə təxirəsalınmaz vəzifədir. Amma bu vaxtadək bu təşkilatdan bəyanat nədir, bir quru cümlə də eşitməmişik. Niyə? Ona görə ki, “Amnesty İnternational” ona verilmiş tapşırıq üzrə hərəkət edir, haqq-ədalət, bərabərlik, beynəlxalq hüquq və sairə bu kimi meyarlar işdə onun məqsədinə mane olur. Bəs, Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkün olmuş 1 milyona yaxın azərbaycanlı necə, onların hüququ üçün “Amnesty İnternational”  heç olmasa bir addım atıbmı? Yenə də yox !   
İndi də bu Lapşin məsələsi. “Amnesty İnternational”ın bəyanatını oxuyanda məlum olur ki, bu təşkilat dünyada qəbul edilmiş bütün hüquq normalarına çəpəki baxaraq məqsədinə çatmaq üçün falçılıq edir. Məsələn, onun bəyanatında Belarus Respublikasının hüquqi fəaliyyəti şübhə altına alınmaqla bloqçunun Azərbaycana təhvil verilməsi təhdid edilir və konkret faktlar əsasında ittiham edilən Lapşinin Azərbaycanda işgəncəyə məruz qalması riskinin olduğu irəli sürülür. Heç olmasa, bir az əziyyət çəkib mətbuatı izləmirlər ki, bu Lapşin Azərbaycanda hansı şəraitdə saxlanılır, vətəndaşı olduğu ölkələrin səfirləri onunla necə görüşüb, vəziyyətini, saxlanması, dindirilməsi şəraitini necə qiymətləndiriblər. Bundan da pisi odur ki, təşkilatın başbilənləri Aleksandr Lapşinin hüquqazidd fəaliyyətində cinayət tərkibi görmürlər. Halbuki bloqçunun vətəndaşı olduğu dövlətlərin rəsmi qurumları onun cinayət törətməsini təsdiq edirlər. “Amnesty İnternational”ın rəhbərləri bütün bunlar haqqında məlumatlıdırlar. Sadəcə, məqsəd hər nə yolla olursa olsun Azərbaycanı böhtan yağdırmaqdır. 
Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Amnesty İnternational”ın Aleksandr Lapşinin işi ilə əlaqədar açıqlamasına münasibət bildirib: “Amnesty İnternational”ın Aleksandr Lapşinin işi ilə əlaqədar verdiyi bəyanatı ikili standartların ifrat nümunəsidir. Bəs görəsən niyə “Amnesty İnternational” beynəlxalq humanitar hüququ pozaraq Ermənistan tərəfindən Cingiz Qurbanovun cəsədinin bir aydan artıq müddətdə qaytarılmaması və ya ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş və fiziki və psixoloji isgəncələrlə üzləşən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsində susqunluq və görməzliyə üstünlük verir?”

N.NOVRUZ 

Sizin Reklam Yeriniz