news Image
2017.02.17
10:58
| A A A
Deputat: ABŞ və Rusiya BQ rəislərinin Bakıda görüşməsi Azərbaycana etimaddır

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun görüş yeri üçün məhz Azərbaycanı seçməsi ölkəmizə göstərilən etimad və etibarın nümunəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, həm Rusiya, həm də ABŞ dünyada söz sahibi olan dövlətlərdir: “Əgər biz düşünsək ki, hər iki dövlət ATƏT-in Minsk qrupunun həmsədridir, hesab edirəm ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Azərbaycan üçün siyasi bir xaldır. Eyni zamanda Azərbaycanın belə bir görüşə ev sahibliyi etməsi həmin dövlətlərin yanında Azərbaycanın nüfuzunun yüksək olmasından da xəbər verir. Ona görə də bu görüşün Azərbaycanda keçirilməsini yüksək qiymətləndirirəm. Ümid edirəm ki, görüşdə qarşıya qoyulan məqsədə nail olunacaq və bu da Azərbaycanın nüfuzunu daha da artıracaq”.

Deputat əlavə edib ki, artıq Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün mərkəzə çevrilməsi təsdiq olunmuş bir aksiomdur: “Azərbaycanın beynəlxalq birlikdə tutduğu mövqe bu cür tədbirlərin tez-tez ölkəmizdə keçirilməsinə imkan verir”.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs