news Image
2017.02.17
20:14
| A A A
“Dağlıq Qarabağda "referendum" keçirilməsini doğru saymırıq” - İran səfirliyi

"İranın Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi olduqca aydın və şəffafdır".

Movqe.az xəbər verir ki, bu sözləri APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan qondarma “referendum”a münasibət bildirərkən deyib. O bildirib ki, İran Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində həllinin tərəfdarıdır: “Biz “Dağlıq Qarabağ”ı müstəqil bir respublika olaraq tanımır, buna görə də həmin ərazidə keçirilən "referendum"u, sülh və təhlükəsizliyi təhdid edə biləcək hər hansı bir addımı doğru saymırıq. Bu münaqişənin tezliklə sona çatması və regionda sülh və təhlükəsizliyin hakim olmasına ümid edirik”.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs