Əlaqə Arxiv
news Image
2017.02.19
20:00
| A A A
Qambiyanın yeni prezidentinin izdihamlı inauqurasiyası

Qambiyanın yeni prezidenti Adama Barrounun inauqurasiyasına tamaşa etmək üçün minlərlə insan toplanıb.

Seçkilərdəki qələbəsindən sonra keçmiş prezidentlə əlaqədar yaranmış siyasi qalmaqal nəticəsində xaricdə qalmağa məcbur olan cənab Barrou Qambiyaya keçən ay qayıdıb.

Bir çox Afrika ölkələri liderlərinin tədbirdə iştirak etməsi gözlənilir.

Cənab Barrou Qambiyanın tarixində üçüncü prezidentdir.

İnauqurasiya şənbə günü Qambiyanın paytaxtı Bancula yaxınlıqda yerləşən stadionda keçiriləcək.

İnauqurasiya günü həmçinin Qambiyanın azadlığının 52-ci ildönümüdür.

Gambian President Adama Barrow (28 January 2017)

Cənab Barroudan əvvəl Qambiyaya uzun illər rəhbərlik edən Yahya Cammeh dekabr ayında seçkilərdə məğlub olsada postunu yalnız regional ölkələrin hərbi təzyiqlərindən sonra tərk edib.

Hazırda cənab Cammeh Ekvatorial Qvineyadadır.

Cənab Barrou ölkəyə yeni bir başlanğıc vəd edib.

O, artıq çox sayda siyasi məhbusu azad edib və ölkəni Beynəlxalq Cinayət Məhkəməsi kimi bir çox beynəlxalq təşkilatlara yenidən üzv etdirməyə hazırlaşır.

Sizin Reklam Yeriniz