Əlaqə Arxiv
news Image
2017.02.19
20:30
| A A A
Yunanıstandan 894 sığınacaq axtaran şəxs Türkiyəyə qaytarılıb

AB-Türkiyə arasında sığınacaq axtaran şəxslərlə bağlı razılaşmanın imzalanmasından bəri 894 belə şəxs Yunanıstandan Türkiyəyə qaytarılıb.
Sığınacaq axtaran şəxslər razılaşmasının imzalandığı 2016-cı ilin aprelindən bu günədək AB Sərhəd Mühafizəsi Agentliyi “Frontex” və Yunanıstan 894 belə şəxsi Türkiyəyə qaytarıb. Yunan polisinin açıqlamasına görə, 2001-ci ildə imzalanan ikitərəfli müqavilə əsasında da son 14 ayda 1196 sığınacaq axtaran şəxs Türkiyəyə deportasiya edilib. Yunanıstan həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının geri dönüş proqramı çərçivəsində 628 sığınmaçını gəldikləri ölkələrə geri göndərib.
Brüssel ilə Ankara keçən ilin mart ayında Türkiyədən Yunan adalarına qeyri-qanuni yollardan keçən sığınmaçıların qaytarılması məsələsində razılıq əldə edib. Yunanıstanda sığınacaq üçün müraciətlərin araşdırılması uzun zaman aldığı üçün Egeyin şərqindəki adalarda çox sayda belə insan gözləməkdədir. Sığınacaq tələb edən bu şəxslərin sayı təxminən 14 min 700 nəfərdir.
Avropa Birliyi ilə Türkiyə arasında imzalanan məlum razılaşma insan hüquqları təşkilatlarının narahatlığına səbəb olub. Beynəlxalq Əfv Təşkilatının Avropa üzrə direktoru Gauri van Gülik deyib: “AB-Türkiyə razılaşması təhlükəli, çarəsiz və sonu olmayacaq çəkişmələrin içində yunan adalarına çatan minlərlə insan üçün tam bir çöküşdür.” Əfv Təşkilatının nümayəndəsi adalarda sığınacaq gözləyənlərin “qeyri-qanuni bir şəkildə rədd edilməklə“ Türkiyəyə göndərilmələrinin beynəlxalq hüquqa zidd olduğunu söyləyib.

 

Sizin Reklam Yeriniz