Əlaqə Arxiv
news Image
2017.02.20
14:20
| A A A
Pentaqon rəhbəri İraqa elan edilməmiş səfərə gedib
Ceyms Mettis: ABŞ hərbçiləri kiminsə neftinə sahib olmaq üçün İraqda deyil

ABŞ müdafiə naziri Ceyms Mettis İŞİD terror qruplaşmasına qarşı mübarizə məsələsini müzakirə etmək məqsədilə Bağdada gedib.

Bu barədə "Movqe" RİA "Novosti"yə istinadən xəbər verir.
Pentaqon rəhbəri İraqa səfər ərəfəsində ABŞ hərbçilərinin kiminsə neftinə sahib olmaq üçün İraqda olmadığını qeyd edib.
"Məncə, ABŞ-da hamı həmişə qaz və neftə görə pul ödəyib, gələcəkdə də bunu edəcəyimizdən əminəm", - deyə C.Mettis bildirib.
Qeyd edək ki, Pentaqon rəhbəri bu açıqlaması ilə ABŞ prezidenti Donald Trampın daha əvvəl amerikalıların regionda neft yataqlarına nəzarəti ələ alacağı təqdirdə İŞİD qruplaşmasının yaranışından qaçmağın mümkünlüyü ilə bağlı fikirlərinə şərh verib.

Sizin Reklam Yeriniz