Əlaqə Arxiv
news Image
2017.02.21
16:25
| A A A
"Mehriban Əliyevanın təyinatı dövlətimizin strateji hədəflərinə hesablanıb" - Ramin Əhmədov

"Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması gözlənilən idi".


Movqe.az Turan.Tv-yə istinadən xəbər verir ki, bunu "Türk Dünyası Ağsaqqalları" qəzetinin baş redaktoru Ramin Əhmədov məlum sərəncama münasibət bildirərkən deyib. R.Əhmədov qeyd edib ki, cəmiyyətdə sözügedən posta məhz Mehriban xanımın layiq oluduğuna dair müzakirələr gedirdi: "İnsanlar cənab Prezidentdən cəmiyyətin istəyi və əhval ruhiyyəsinə uyğun sərəncam gözləyirdi və o da həmişə olduğu kimi olduqca dəqiq addım atdı. Cənab Prezident bu sərəncamı ilə Heydər Əliyev Fondunun və bilavasitə Mehriban Əliyevanın fəaliyyətinə yüksək qiymət verən milyonlarla insana sözün həqiqi mənasında sevinc bəxş etdi. Bu sərəncam sözsüz ki, dövlətimizin strateji hədəflərinə hesablanıb və heç şübhə yoxdur ki, qarşıdakı mərhələlərdə biz bu təyinatın Azərbaycana bəxş edəcəyi uğurlara şahidlik edəcəyik. Mehriban Əliyeva ötən dövr ərzində həm siyasi, həm də ictimai fəaliyyətində hər kəsə nümunə ola biləcək prinsipiallıq, qətiyyət, vətənpərvərlik, yüksək məsuliyyət və ən başlıcası insanlara doğma münasibət göstərdi. Tariximizə, milli irsimizə, ədət-ənənələrimizə möhkəm bağlılığ ilə seçilən Mehriban Əliyeva bugünkü təyinatı hər mənada haqq etdi desək, yəqin ki, yanılmarıq. Mehriban xanıma bu böyük görəvində bol-bol uğurlar arzulayırıq. Dövlətimizə və millətimizə xeyirli olsun!"

Sizin Reklam Yeriniz