Əlaqə Arxiv
news Image
2017.02.21
18:10
| A A A
Deputat: "Mehriban Əliyeva bir çox taleyüklü təşəbbüslərin müəllifi, xalqımızın sevimlisidir”

"Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunmasını çox təqdirəlayiq hesab edirəm. Çünki Mehriban xanım Əliyeva siyasət aləmində tanınılan, öz dəst-xətti olan bir şəxsiyyətdir". Movqe.az-ın xəbərinə görə, bu fikirkləri Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq Komitəsinin üzvü, professor Rüfət Quliyev səsləndirib. O, bildirib ki, Mehriban xanım Əliyeva uzun illərdir ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, bir çox taleyüklü təşəbbüslərin müəllifi, xalqımızın sevimlisidir: "Düşünürəm ki, bundan sonra onun fəaliyyət dairəsi daha da genişlənəcək, görəcəyi xeyirxah işlərin miqyası böyüyəcək, hər sahədə xalqımızın ümidlərini ləyaqətlə doğruldacaq və ölkəmizin ictimai-siyasi həyatına da sanballı töhfələr verəcək. Mehriban xanımı öz adımdan və 73 saylı Lənkəran şəhər seçki dairəsinin seçiciləri adından ürəkdən təbrik edirəm".

Sizin Reklam Yeriniz