Əlaqə Arxiv
news Image
2017.02.22
16:48
| A A A
Türkiyə hər zaman Azərbaycanın yanında olacaq!

Türkiyə hər zaman ədalətli mübarizəsində Azərbaycanın yanında olacaq. Movqe.az-ın məlumatına görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

İ.Kalın Xocalı hadisələrinin 25 illiyi ilə əlaqədar Azərbaycan xalqına baş sağlığını ifadə edib.

O deyib: “Türkiyə bütün tərəfləri Dağlıq Qarabağ probleminin həlli, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və Cənubi Qafqazda vəziyyətin normallaşması prosesi ilə bağlı səyləri artırmağa çağırır”.

Sizin Reklam Yeriniz