Əlaqə Arxiv
news Image
2017.02.23
21:30
| A A A
`Avropa ölkələrinin diqqəti Azərbaycandadır` - Nazir

"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Movqe.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib. Nazirin sözlərinə görə, bu gün elə ölkə yoxdur ki, bu layihə haqqında məlumatı olmasın. 

“Avropa ölkələrinin diqqəti Azərbaycandadır. "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan dövləti tərəfindən, prezidentin təşəbbüsü ilə reallaşdırılır. Bu ideya Avropa Komissiyası tərəfindən yüksək səviyyədə dəstəklənib. Bir neçə ildir ki, layihə həyata keçirilir”. 

N.Əliyev bildirib ki, dünyanın iqtisadi böhranla üzləşdiyi zamanda bu layihənin keçirilməsi böyük səylər tələb edir: “Bugünkü iclasda biz layihə rəhbərlərinin layihənin gedişi barədə çıxışını dinlədik. Dünya bankları layihəhə maraq göstərir və maliyyələşdirilməsinə yardım edəcəklər”.

"Cənub Qaz Dəhlizi" layihəsinin ümumi dəyəri 40 mlrd. ABŞ dollarını keçib deyən nazir bildirib ki, layihənin maliyyələşdirilməsində problem olmayacaq: "Bu toplantıda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya (EIB), Asiya İnkişaf Bankı (AIB) və başqa maliyyə institutlarının nümayəndələri iştirak edib və onlar da bu layihəyə davamlı dəstək göstərəcəklərinin bildiriblər".

Sizin Reklam Yeriniz