Əlaqə Arxiv
news Image
2017.02.23
21:30
| A A A
Türkiyə ABŞ-dan Gülənin təcili ekstradisiyasını tələb edir

Türkiyə ABŞ-a yenidən müraciət edərək FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiya edilməsini tələb edib.Movqe.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın amerikalı həmkarı Ceff Seşnsiyə göndərdiyi məktubda qeyd edilib.

Nazir bildirib ki, Türkiyə xalqı və dövləti Gülənin ekstradisiya ediləcəyi günü gözləyir. Onun sözlərinə görə, iki ölkənin Ədliyyə Nazirliyinin gündəmində olan mövzu ABŞ-ın Pensilvaniya ştatında yaşayan, FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiya edilməsidir: 

“Gülənlə əlaqəli müvəqqəti həbs və ekstradisiya edilməsinə dair tələblərimiz nazirliyinizə təqdim edildikdən sonra istənilən əlavə sənəd və dəlillər də dərhal göndərilmişdir. Gülənin qaytarılması iki ölkə əlaqələrinə töhvə verəcək”-deyə məktubda bildirilib.

Nazir əlavə edib ki, iki ölkə arasındakı razılaşmalar nəzərə alınaraq FETÖ terror təşkilatının lideri Fətullah Gülənin müvəqqəti həbs edilməsi və ya dərhal Türkiyəyə qaytarılmasına dair addımların təcili atılması böyük əhəmiyyət kəsb edir.

Sizin Reklam Yeriniz