Əlaqə Arxiv
news Image
2017.02.24
10:10
| A A A
Azərbaycan səfiri bolqar deputatlarının qondarma "DQR"-ə qanunsuz səfərilə bağlı bu ölkənin mətbuatına məktub ünvanlayıb
Nərgiz Qurbanova Bolqarıstan və eləcə də xarici vətəndaşları belə səfərlərdə iştirakdan çəkinməyə çağırıb

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova son günlər Bolqarıstanın bir sıra mətbuat orqanlarında respublikamızın işğal altında olan ərazilərinə bu ölkənin 4 deputatının (Bolarıstanın Xilası üzrə Milli Cəbhə partiyasının sədri V.Simeonovun və partiyanın üzvləri V. Kasabovun, X. Mitevin və P.Petrovun- "Report") qeyri-qanuni səfəri və onların qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilmiş saxta “konstitusiya referendumu”nda “müşahidəçi” qismində iştirakını əks etdirən məlumatların yayılması ilə bağlı yerli kütləvi informasiya vasitələrinə məktub ünvanlayıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, səfir məktubda bəzi mətbuat orqanlarında yayılan məqalələrdə Azərbaycan, Dağlıq Qarabağ və eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumatların təhrif olunduğunu diqqətə çatdırıb.
Bu məqsədlə Bolqarıstan ictimaiyyətinə müraciət edən N. Qurbanova məktubunda Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu, 1988-ci ildən alovlanan Ermənistan-Azərbaycan münaqişəsi, erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ və ona bitişik rayonları işğal etməsi, Xocalı faciəsi, münaqişə nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün ata-baba yurdlarından didərgin düşməsi, Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərar, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini xatırladıb. Səfir Azərbaycanın razılığı olmadan işğal olunan ərazilərə səfər edənlərin ölkəmizin suverenliyi və ərazi bütövlüyünü kobud sürətdə pozmuş olduqlarını bildirib. 
N.Qurbanova Bolqarıstan və eləcə də xarici vətəndaşları belə səfərlərdə iştirak etməkdən çəkinməyə çağırıb.

Sizin Reklam Yeriniz