Əlaqə Arxiv
news Image
2017.02.26
07:34
| A A A
Ermənilər saxta videolar yayır - TƏXRİBAT

Cəbhədəki hadisələrlə bağlı erməni KİV-lərində, sosial şəbəkələrin Ermənistan seqmentində ictimai rəyi çaşdırmağa yönələn təxribat xarakterli videogörüntülər və müxtəlif səpkili informasiyalar yayılıb.
Movqe.az azvision.az-a istinadən bildirir ki, düşmən tərəfinin yerli sakinlərin "telefon danışığı" və hərbçilərimizin erməni silahlı qüvvələri tərəfindən "vurulması"nı əks etdirən görüntülər real deyil, videomontajdır. Yayılan videolar ermənilərin növbəti saxtakarlığıdır.
Ermənistanın Müdafiə Nazirliyi aprel döyüşlərində olduğu kimi bu dəfə də müasir texnologiyanın imkanlarından "məharətlə" istifadə etməklə təmas xəttində növbəti təxribat cəhdlərinin iflasa uğramasını, döyüşlərdə ağır itkilər vermələrini ört-basdır etməyə çalışır.
Düşmənin saxta görüntülər və yalan məlumatlar yaymaqda əsas məqsədi Ermənistan cəmiyyətində "qəhrəman" obrazı yaratmaq, ölkədəki narazı kütlənin ağzını yummaq və Azərbaycana psixoloji təsir göstərməkdir.
Vəziyyətin həssaslığını nəzərə alaraq oxuculara və yerli KİV-lərə yalan informasiyalara uymamağı, ermənilərin yaydığı foto və videogörüntülərdən mənbə kimi istifadə etməməyi tövsiyə edirik.
Nəzərə almalıyıq ki, Ermənistanla müharibə təkcə cəbhədə deyil, informasiya müstəvisində də aparılır.

Sizin Reklam Yeriniz