Əlaqə Arxiv
news Image
2017.02.26
12:30
| A A A
Türkiyə səfiri: Xocalı soyqırımını törədənlər öz cəzalarına çatacaqlar

Xocalı soyqırımını törədənlər öz cəzalarına çatacaqlar.

Movqe.az-ın  məlumatına görə, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Diplomat qeyd edib: "Türkiyə olaraq, Azərbaycan xalqının dərdinə şərikik, Azərbaycan xalqına basşağlığı veririk, şəhidlərə Tanrıdan rəhmət diləyirik. Soyqırım qurbanlarının məkanının cənnət olduğunu bilirik. Lakin unutmamalı olduğumuz bir məsələ var: Xocalı faciəsinin 25-ci ildönümündə hələ də ədalət axtarılır.

İnşallah, yaxın zamanlarda ədalət bərpa olunar, Azərbaycan işğal edilmiş torpaqlarına qovuşar və Xocalı soyqırımını törədən cinayətkarlar da öz cəzalarına çatarlar".

Sizin Reklam Yeriniz