Əlaqə Arxiv
news Image
2017.02.27
15:19
| A A A
Erməni naqisliyini yenə göstərdi
Sahib Alıyev: "Onların bu hərəkəti xarakterlətindəki naqislikdən, vəhşilikdən doğur"

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşi hələ də neytral zonadadır. Bu dəfə də erməni tərəf yenə öz çirkin oyununu işə salaraq şəhidlərimizin nəşini götürməyə imkan vermir. Halbuki, fevralın 26-da saat 12.00-da şəhid hərbi qulluqçularımızın nəşinin döyüş meydanından çıxarılması məqsədilə, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə müvafiq tədirlərin həyata keçirilməsi planlaşdırılırdı. Hərbi qulluqçularımızın meyitlərin çıxarılması proseduru başlayanda, Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş şərtləri pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb. 
Qeyd edək ki, Ermənistan döyüş meydanından hərbi qulluqçularımızın nəşinin götürülməsinə hər dəfə müxtəlif bəhanələrlə mane olur. Hətta, düşmən, şəhid olan hərbi qulluqçularımızın nəşini girov saxlamaqdan, onların cansız bədənindən belə qisas almaqdan çəkinmir. 
Biz, eləcə də dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar  bunun Mübarizin, Fəridin, Çingiz Qurbanovun nəşinin qaytarılması prosesində bir daha şahidi oldular. Görünən odur ki, işğalçı rejim döyüş zamanı həlak olan hərbi qulluqçuların nəşinin qaytarılmasında, onların meyidlərinin döyüş zonasından götürülməsində demək olar ki, hər dəfə eyni mövqe nümayiş etdirir. Təəssüflər olsun ki, hətta beynəlxalq vasitəçilər belə Ermənistanın bu qeyri-humanist hərəkətinə hələlik heç bir təsir göstərə bilmir.
Ekspertlər, millət vəkilləri düşmənin döyüş meydanında nəşi qalan hərbi qulluqçularımıza qarşı bu cür davranışına sərt şəkildə cavab verməyin vaxtı çatdığını söyləyirlər. 

 

Deputat Sahib Alıyev isə Movqe.az-a açıqlamasında deyib ki, hərbi qulluqçuların nəşinin bu günədək neytral zonada qalması, onların götürülməsinə yaradılan maneə, düşmənin iç üzünü, humanizm prinsiplərindən uzaq bir xislətə sahib olduğunu ortaya qoyur: “Bunun birinci səbəbi hayların xarakterindən doğur. Xocalı soyqrımını törədənlər, Xocalıda, Ağdabanda, Qaradağlıda azərbaycanlılara qarşı vəhşilik edənlər,  şəhidlərin nəşlərinə yanaşmada da, öz kimliklərini göstərməlidirlər. Onların bu hərəkəti onların xarakterindəki naqislikdən, vəhşilikdən doğur. İkinci səbəb isə odur ki, beynəlxalq qurumlar, özləri buna bir növ rəvac verirr. Ermənistan təkcə Cenevrə Konvensiyasını pozmur. Ermənistan dünyanın bir nömrəli ali orqanı hesab edən BMT-nin qətnamələrini, digər beynəlxalq normaları pozur. Bunun qarşılığında isə düşmənə lazım gələn cavabın verilmir.  Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyi göz önündə ola-ola, işğala məruz qalan tərəfə eyni gözlə baxaraq  “öz aranızda razılığa gəlin” deyilməsinin nəticəsidir ki, bu gün Ermənistandakı qəsbkar rejim özünü bu şəkildə saymazyana aparır”.
Deputatın sözlərinə görə, Ermənistanın beynəlxalq qanunlara hörmət etməməsinin kökündə  beynəlxalq qurumların prinsipsizliyi durur: “Cəzasızlıq həmişə yeni cinayətlər üçün bir növ həvəsləndirici motiv rolunu oynadığı kimi, beynəlxalq təşkilatların da Ermənistanın işğalçılıq siyasətinə yanaşmada dözümlü davranışları ona gətirib çıxardır ki, biz belə vəziyyətlə üzləşirik”.
S. Alıyev ermənilərin Dağlıq Qarabağ münaqişəsi başlayandan şəhidlərimizin nəşinə hörmətsiz davranışı açıq şəkildə sərgilədiyini söyləyir: “Bu gün Azərbaycan heç kimdən heç nə gözləmir. Biz Beynəlxalq hüququn ayaqlar altına atılıb tapdalandığını görürük. Ona görə də ancaq özümüzə, öz ordumuza güvənməliyik. Dövlətimiz, ordumuz daha da güclənməlidir ki, düşmıni təyziqdə saxlamaq, taqətdən salmaq siyasətini davam etdirək. İlk fürsət düşənə qədər ona öldürücü zərbənin endirməliyik. Bizə nə o  prinsipsizlik göstərən beynəlxalq qurumlar, nə də o qurumların işinin təşkil edilməsində mühim rol oynayan, həmsədrilik edən dövlətlər başqa yol buraxmır”.

Millət vəkili Fərəc Quliyev deyir ki, artıq bu məsələni köklü həll etməyin vaxtı çatıb: “Unutmayaq ki, neytral zona dediyimiz ərazi Azərbaycanın torpağıdır, Azərbaycanın tən ortasıdır. Amma bu gün biz beynəlxalq təşkilatlardan, ATƏT-in Minsk qrupunun nümayəndələrindən öz ərazimizdən şəhidlərimizin nəşini götürmək üçün vasitəçilik etmələrini gözləyirik. Beynəlxalq təşkilatlar, BMT işğal olunmuş ərazilərimizlə bağlı bir neçə qətnamə qəbul edib. Amma bu gün o qətnamələrin heç biri icra olunur. Buna görə, düşmənə heç bir sanksiya tətbiq olumur. Ermənilər də cəzasızlıq mühitindən istədikləri kimi istifadə edirlər. Eləcə də döyüş bölgəsindən meyidlərin çıxarılması, onların nəşinin qaytarılması prosesində öz prinsiplərini diktə edirlər. Ona görə də, fikrimcə bizə bu zaman bir yol qalır.  Beynəlxalq təşkilatlara ultimatum verməliyik ki, geri çəkilsinlər. Biz də öz torpaqlarımızı hücuma keçərək azad edək. Düşmən yalnız bu halda öz layiqli cavabını ala bilər”.
Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız
Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşləri hələ də neytral zonada qalır. 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz