Əlaqə Arxiv
news Image
2017.02.28
12:10
| A A A
Düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

Düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuz şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq, aldığı ağır yara səbəbindən şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Sizin Reklam Yeriniz