Əlaqə Arxiv
news Image
2017.02.28
15:47
| A A A
Prezidentə müraciət

Milli Məclisin üzvü, Azərbaycan- Fransa parlamentlər arası işçi qrupu rəhbərinin müavini Cavanşir Feyziyevin redaksiyamıza verdiyi məlumata görə, Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar Fransa Nümayəndələr Palatasının üzvü, Fransada fəaliyyət göstərən “Azərbaycanın dostları” Assosiasiyasının Sədri cənab Jan-FransuaMansel Fransa Respublikasının Prezidenti Fransua Ollanda müraciət ünvanlayıb. Müraciətdə deyilir:

Cənab Prezident,
25 il bundan əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri hələ sovet dövründən Xankəndində yerləşən 366-cı zirehli moto-atıcı alayın və hərbi hissənin köməyi iləAzırbaycanın Xocalı şəhəriniişğal etmişdir. Hücumdan əvvəl, 25 fevral axşamı şəhər ağır artilleriya tərəfindənçox güclü atəşə məruz qalmışdır.Fevralın 26-da səhər saat 5-də Xocalı tamamilə yandırılmışdır. Bölgənin əsas mərkəzi olan Ağdama qaçmaq ümidi ilə şəhəri tərk etmiş 2500 sakindən 63-ü uşaq, 106-ı qadın, 70-i ahıl olmaqla 613 mülki şəxs düşünülmüş şəkildə məhvedilmiş, 8 ailənin bütün üzvləri öldürülmüş, 25 uşaq hər iki valideynini itirmiş, 1275 nəfər giröv götürülmüş və onların da 150 nəfəri itkin düşmüşdür.
Soyqırım olduğu heç bir şübhə doğurmayan bu cinayət Azərbaycan tarixininən dəhşətli, ən faciəvi səhifəsi sayılır və bu hadisə özsərhədlərindən də kənarda bəşər tarixini daim yasa batıran iyrənc əməllər siyahısındadır.
Fransa erməniləri təşkilatlarının koordinasiya Şurasının illik naharı zamanı siz “Müharibə cinayəti və insanlıq əleyhinə cinayət hesab olunan bütün genosidlərin milli səviyyədə xatirəgünü”nü təyin etməklə bağlı niyyətinizin olduğunu bəyan etmişdiniz. Bunu nəzərə alaraq, xahiş edirəm ki, sizintəşəbbüsünüz konkretləşərsə, Xocalı genosidi də bu çərçivədə yad edilsin. 
Cənab Prezident, bütün həlak olmuşlar kimi cəlladlar tərəfindən qətlə yetirilmiş və ola bilsin ki, digər soyqırım qurbanları qədər tanınmamış bu azərbaycanlı əzabkeş qurbanlara da qardaş diqqəti göstərməyiniz üçün sizə minnətdar olardım.
Cənab Prezident, sizə olan yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm.

 Jan Fransua Mansel, deputat, Azərbaycanın Dostları Assosiasiyasının Sədri

Sizin Reklam Yeriniz