news Image
2017.03.01
08:00
| A A A
Düşmən məğlub ruha köklənir
Vüqar Zifəroğlu: “Erməni tərəfdə artıq vəziyyətin heç də xeyirlərinə inkişaf etmədiyini, zamanın getdikcə daha kəskin şəkildə onların əleyhinə işlədiyini anlayanların sayı artmaqdadır” Məhəmməd Əsədullazadə: “Bu işğalın davam etməsi Ermənistanı iqtisadi və siyasi tənəzzülə aparır”

“Ermənistan tərəfi anlayır ki, baş verənlər sadəcə mübarizə ilə yekunlaşmayacaq, bu münaqişə Xankəndinin üzərində bayrağın dəyişməyi ilə başa çatacaq”. Bu barədə erməni politoloq Ara Papyan cəbhə xəttində baş verən gərginliyi şərh edərkən deyib. 

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi məhz buna görə son dövrlər silahlanmaya gedir. “Ermənistanın siyasi rəhbərliyi hərbi pariteti saxlamaq haqda tez-tez danışır. Başqa çıxış yolu yoxdur. Çünki müharibə Xankəndinin üzərində bayrağın dəyişməsi ilə başa çatacaq”, - deyə o, dolayısı ilə Xankəndində Azərbaycan bayrağının dalğalanacağına işarə edib. Qeyd edək ki, Ermənistanda məğlub ruha köklənənlərin sayı az deyil. Xüsusən də ötən ilin aprel döyüşlərindən sonra bu cür açıqlamalarla çıxış edənlər artıb. Siyasi şərhçilərin fikrincə, erməni cəmiyyətində hiss edilən bu cür düşüncə Ermənistanda Serj Sarksiyan iqtidarına qarşı daxili təzyiqlərin artmasına səbəb ola bilər. Hətta dolayısı ilə Qarabağ münaqişəsinin həllinə də təsirləri mümkün görülür.
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu bildirdi ki, erməni tərəfdə artıq vəziyyətin heç də xeyirlərinə inkişaf etmədiyini, zamanın getdikcə daha kəskin şəkildə onların əleyhinə işlədiyini anlayanların sayı artmaqdadır: “Azərbaycan heç vaxt torpaqlarında ikinci erməni dövlətinin qurulmasına imkan verməyəcək. Faktiki olaraq, son iki ildə Qarabağda hərbi əməliyyatlara start verilib və atəşkəs barədə razılaşma formal xarakter daşımaqdadır. ATƏT-in Minsk qrupunun da problemə vahid və obyektiv baxışı yoxdur.
 Bu azmış kimi, həmsədr dövlətlərin öz aralarında digər münaqişə ocaqlarına münasibətdə ciddi fikir ayrılıqları, hətta münaqişəli vəziyyətlər var. Azərbaycan Ordusu isə inamlı şəkildə, kiçik məsafələrlə olsa belə, irəliləyir və bu zaman erməni tərəfinin itkiləri, qarşı tərəfdən daha çoxdur. Digər tərəfdən müharibə, hətta sülh şəraitində olsa belə, hazırlıqlı ordu saxlamaq böyük vəsait və maliyyə resurslerı tələb edir ki, o da İrəvanın qarşılaya biləcəyi xərc deyil. Rusiya isə Cənubi Qafqazda maraqlarını öz quberniyası halına saldığı Ermənistanın vasitəsi ilə qarşılamağa çalışsa da, getdikcə təklif etdikləri, tələblərindən daha az olur”.
Vüqar Zifəroğlu əlavə etdi ki, şərtlər, Ermənistanın daxilində gedən siyasi proseslərə də ciddi təsir göstərir: “Ermənistanın bugünkü iqtidarı, Qarabağın işğal faktoru üzərində özünə siyasi kapital qazanaraq, hakimiyyətə gəlmiş cinayətkar qruplaşmadır. Heç şübhəsiz ki, Qarabağda Azərbaycanın xeyrinə olan istənilən dəyişiklik, bu canilərin sonunu gətirməkdədir”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirdi ki, Cənubi Qafqaz regionunda sülhü və təhlükəsizliyə təhdid olan Ermənistanın işğalçı mövqeyi Qarabağ münaqişəsinin nizamlanmasını demək olar durdurub: “Bu işğalın davam etməsi Ermənistanı iqtisadi və siyasi tənəzzülə aparır.  Həmçinin ölkənin demoqrafik quruluşunun dəyişməsinə, əhalinin kütləvi şəkildə miqrasiyasına səbəb olub. Təbii ki, bu ciddi uğursuzluğu  Ermənistanda indi başa düşən müəyyən siyasilər çıxış yolunu Azərbaycana rayonlarının qaytarılmasında görür.
Azərbaycanın sürətlə silahlanması, işğalçı qüvvələrə günü-gündən ön cəbhədə vurduğu hərbi zərbələr, erməni ictimai şürunda bu münaqişənin tezliklə Azərbaycanın qələbəsi ilə bitəcəyini fikrini formalaşdıra bilib. Ermənistanın rüsvayçı şəkildə məğlubiyyətini anlayırlar. Bu gün Ermənistanda hakimiyyətdə olan hərbi "Qarabağ klanın" müharibə ritorikası yalnız öz hakimiyyətlərini qorumağa hesablanıb. Erməni politoloqu Arar Papyanın gedişatın daha da ciddiləşəcəyi, erməni hərbi rəhbərliyinin təxribatçı hərkətləri, Xankəndinin azad edilməsi ilə nəticələnməsi mesajları erməni ictimai şüurunda dəyişikliklərə gedəcəyini gec-tez dəyişəcəyini qeyd edir. Artıq Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan da  sülhdən və iki xalqın birlikdə yaşacağını qeyd edir. Görünən odur ki, Ermənistan müxalifəti hakimiyyətdən fərqli olaraq, hələlik sülh çağırışları etməyə başlayıb. Bu, o demək deyil ki, həmin qüvvələr hakimiyyətə gələrsə, hər hansı ciddi nəticələr olacaq”.
Politoloq əlavə etdi ki, Serj Sarkisyan seçkiqabağı cəbhədə gərginliyi artırmaq və  "nəticələrə" nail olmaq üçün müxalifət üzərində üstünlük qazanmağa çalışır: “Amma Azərbaycanın yenidən işğalçılara zərbələri Sarkisyanın siyasi gedişlərini alt-üst edir. Aprel ayına qədər Ermənistan ordusu yenə əks -hücuma keçə bilər. Aprel hadisələri təkrarlanarsa, S.Sarkisyanın məğlubiyyəti qaçılmaz olacaq. Müxalifət əhalini meydanlara toplayaraq, Ermənistanda ciddi siyasi ixtilaflara və böhrana yol açacaq”.
Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs