Əlaqə Arxiv
news Image
2017.03.01
09:30
| A A A
Ermənilərin bədnam niyyətlərinə qarşı yeni regional platforma
Strateji tərəfdaşlığa ilk növbədə qonşuların ehtiyacı var

Ermənilər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın, eləcə də Gürcüstanda Samtsxe-Cavaxetiyanın Ermənistana məxsus olduğunu iddia edirlər. Türkiyənin bir hissəsinə qarşı ərazi iddialarını gizlətmirlər. Bu siyasətin hansı faciələrə gətirib çıxardığını Qarabağ münaqişəsi aydın göstərib. Lakin bütün dünya faciəni görüb ona qarşı mübarizə aparsa da, ermənilər bu nəticəni görmək, qiymətləndirmək və nəzərə almaq istəmirlər. Bu səbəbdən əlac qalıb siyasətə, yəni regionda siyasət elə aparılmalıdır ki, ermənilər qonşularla dinc yanaşı yaşamağa məcbur olsunlar. 

İndiki dövrdə dövlətlərin qarşılıqlı münasibətləri strateji niyyətlər üzrə tərəfdaşlığa əsaslanır. Hətta məqsədlər bir olmasa da mənafe yolunda iki və ya bir neçə dövlət məqsədlərini uyğunlaşdıraraq mənafelərini ümumiləşdirməyə çalışır və strateji tərəfdaşa çevrilmiş olurlar. Bu da “tək əldən səs çıxmaz” məsəlinə uyğun olaraq dövlətlərin gücünü artırır. Bu hal xüsusilə iqtisadi problemlərin həllində ortaya çıxır və istər-istəməz qarşılıqlı əməkdaşlıq telləri dövlətlərin tərəfdaşlığını labüd edir. Aydındır ki, iqtisadi əlaqələr əsasında mütləq siyasi platformalar yaranır. Buna misal olaraq, Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüsta və Türkiyə arasında yaranmış strateji tərəfdaşlıq proqramlarını və layihələrini göstərmək olar. Hələ köhnə əyyamlardan Azərbaycan öz neftini Gürcüstanın Batumi şəhərindən Avropaya nəql edirdi. Lakin müstəqillik qazanandan sonra bu şəhərədə uzanan neft kəmərinin daşıma qabiliyyəti bəs etmədi. Yeni müştərilər, yüni bazarlar fəth etmək zərurəti yarandı və fəaliyyətini daha da genişləndirən Azərbaycanın neft sənayesi Gürcüstandan keçməklə Türkiyənin Ceyhan limanına uzanan yeni neft kəmərini tikməli oldu. Təbii ki, bu çətin problemin həllində beynəlxalq neft konsorsiumları ilə yanaşı, Gürcüstan və Türkiyə hökumətlərinin iştirakı tələb olunurdu. Bu tələb yerinə yetirildi və daha sonra neft kəmərləri siyasəti genişləndirilərək hər üç ölkəni təmin edən strateji tərəfdaşlıq proqramına çevrildi. Demək, region dövlətlərinin strateji tərəfdaşlığına aid gözəl nümunə formalaşıb. Belə olan təqdirdə nə üçün Türkiyə, Gürcüstan və Azərbaycan Ermənistanın təcavüzkarlığına qarşı birgə mübarizə taktikası hazırlayıb həyata keçirməsinlər? 
Lakin necə? Axı, Ermənistan siyasi cəhətdən “respublika” adlansa da əslində, “forpost”dur. Lakin iş burasındadır ki, onun ağası sayılan Rusiyanın bu ölkə ilə birbaşa əlaqəsi yoxdur. Yerüstü əlaqələrin 90 faizi Gürcüstan ərazisindən keçməklə reallaşır. İndi Ermənistan bir növ region daxilində anklava bənzəyir. Elə bir böyük dövlət, yaxud təbii resurslarla zəngin deyil ki, gözə çarpsın. Üstəlik, Azərbaycan torpağının işğalında sülh missiyasını da Minsk Qrupu yerinə yetirmək arzusundadır ki, onun həmsədrlərindən heç birinin Ermənistanla sərhədi yoxdur. Bu ölçülər çərçivəsində Ermənistanın sifarişli siyasətini neytrallaşdırma üçün Cənubi Qafqazın digər dövlətlərinin bir formatda fəaliyyət göstərməsi bizcə daha çox xeyir verə bilər. Məsələn, hər üç dövlət Cənubi Qafqaz Platforması adlı ümumi mənafeləri özündə ehtiva edən sənəd hazırlayıb ortaya çıxarsalar bu mişin başlanğıcını qoya bilərlər. Çünki, əldə olan sənəd müzakirələr üçün həmişə açar rolunu oynayıb. Təbii ki, Platformada təcavüzkarlıqdan əl çəkəcəyi halda Ermənistanın qazanacağı dividentlər də əks olunmalıdır. Bu asan proses olmayacaq, lakin, gəlin, “yaxın qonşu uzaq qohumdan yaxşıdır” məsəlini yada salaq. Uzaqda olanlar əlləri çatmayan nemətdən dolayısı nə isə qoparmağa çalışırlar. Qonşular isə nemətin böyründə yanaşı dururlar və onları qopartmaq yox, bölüşdürmək maraqlandırır. Bu isə daha asan başa gələn yoldur. 
N.NOVRUZ 

 

Sizin Reklam Yeriniz