Əlaqə Arxiv
news Image
2017.02.28
18:00
| A A A
Minsk qrupu həmsədri: "Təmas xəttindəki insidentlər danışıqlar prosesinə qayıtmağın zəruriliyini göstərir"
Riçard Hoqland: Həmsədrlər növbəti dəfə tərəfləri atəşkəsə riayət etməyə və gücdən istifadə etməməyə çağırıblar

"Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində fevralın 25-də baş verən hadisələr regionda təhlükəsizliyin və sabitliyin bərpa edilməsi məqsədilə danışıqlar prosesinə qayıtmağın zəruriliyini göstərir."

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland bildirib.
O vurğulayıb ki, fevralın 25-də yaydığımız bəyanatda həmkarlarım - həmsədrlər növbəti dəfə tərəfləri atəşkəsə riayət etməyə və gücdən istifadə etməməyə çağırıblar: "Son insident regionda təhlükəsizliyin və sabitliyin bərpa edilməsi məqsədilə danışıqlar prosesinə qayıtmağın zəruriliyini növbəti dəfə göstərib."

Sizin Reklam Yeriniz