news Image
2017.03.01
16:07
| A A A
Müdafiə Nazirliyi: Ermənistan beynəlxalq qurumları şantaj etməklə məşğuldur

"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 1-də Ağdamrayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinqin insidentsiz başa çatması beynəlxalq missiya tərəfindən təsdiqini tapıb".

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan mətbuatının guya Azərbaycan tərəfinin monitorinq zamanı ATƏT-in missiyasını ön mövqelərə çıxarmaması barədə xəbərlə bağlı Müdafiə bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, Ermənistan tərəfi də monitorinqin müəyyən edilmiş qrafikə uyğun keçirilməsi və atəşkəs rejiminin pozulmaması barədə xəbər yaysa da, Azərbaycan tərəfinin guya ATƏT-in missiyasını təmas xəttinə çıxarmadığını bildirib.

 

"Bir daha bildiririk ki, monitorinqin keçirilməsi mexanizminə uyğun olaraq, beynəlxalq müşahidəçilər əvvəl rabitə sonra isə vizual əlaqə yaradaraq nə vaxt, hansı nöqtədə olmalarını, eləcə də digər detalları özləri müəyyən edir və monitorinqin bitməsini orada iştirak edən səhra köməkçiləri özləri təsdiq edirlər.

 

Erməni tərəfi mütəmadi olaraq buna bənzər böhtan xarakterli yalan məlumatlar yaymaqla beynəlxalq qurumları şantaj etmək, onların fəaliyyətinə kölgə salmaq və etimadına xələl gətirmək məqsədini güdür", - deyə məlumatda vurğulanır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs