Əlaqə Arxiv
news Image
2017.03.02
07:00
| A A A
Qarabağ – türk dünyasının qanayan yarası
Elman Nəsirov: “Hazırda Ermənistanı ən çox narahat edən məsələlərdən biri ondan ibarətdir ki, Azərbaycanın Türkiyə kimi strateji müttəfiqi var”

“Dağlıq Qarabağ illərdir qanayan yaradır. Azərbaycan torpaqları erməni quldurları tərəfindən işğal edilib”. Bunu Türkiyə Baş naziri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi bu günə qədər həll edilməyib. “Azərbaycanın dərdi bizim dərdimizdir. Azərbaycanın haqlı mübarizəsində hər zaman yanındayıq”, - deyə o bildirib.

“Atəşkəsi pozan, hücum edən Ermənistandır. Dağlıq Qarabağın işğalı məsələsi həll edilməyib. Türkiyənin də üzvü olduğu ATƏT-in Minsk qrupu ədalətli təmin etməyib”. Bu barədə isə Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.  D.Baxçalı qeyd edib ki, artıq zaman daralır, səbir tükənir: “Ermənistan Azərbaycan torpaqlarından dərhal çəkilməlidir. Türk millətinin qəlbi Dağlıq Qarabağda döyünür“.
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, türk dövlətləri arasında Qarabağ məsələsində birliyin olması Ermənistanda onsuz da gərgin olan ictimai-siyasi mühitin daha da gərginləşməsini, onun daha dərin dalana dirənməsini şərtləndirən məqamlardandır: “Hazırda Ermənistanı ən çox narahat edən məsələlərdən biri ondan ibarətdir ki, Azərbaycanın Türkiyə kimi strateji müttəfiqi var. Ermənistanda çox arzulayırlar ki, Türkiyə kimi nəhəng bir dövlətin daxilində Dağlıq Qarabağ konfliktinə münasibətdə iqtidarla müxalifət arasında fbkir ayrılığı olsun, bu məsələdə onlar ortaq mövqeyə gələ bilməsinlər. Cthı Sarkisyan rejimi ən çox ondan narahatdır ki, fundamental ümummilli məsələlərdə Türkiyədə iqtidar- müxalifət yanaşması yoxdur. Necə ki, 15 iyul dövlət çevrilişinə cəhd prosesində bunun şahidi olduq. Bu zaman heç bir halda qardaş ölkədə müxalifət iqtidar söhbəti olmadı. Türkiyə müxalifətinin əsas simalarından biri olan Dövlət Baxçalının Ermənistan, onun işğalçılıq siyasətini davam etdirməsi, eyni zamanda ATƏT-in bu məsələdə passiv mövqeyilə  bağlı fikirləri də şübhəsiz ki, Azərbaycan ictimaiyyətində böyük ruh yüksəkliyilə qarşılanıb. 
Bu fikirlər eyni zamanda, Ermənistana ciddi bir mesaj kimi qiymətləndirilir. Ermənistanda görürlər ki, Türkiyə bütöv halda Azərbaycanı, onun haqq işini, beynəlxalq dəyərlərə söykənən mövqeyini müdafiə edir. Nəticədə də Azərbaycanın mövqeyi daha da güclənir. Ona görə də Türkiyə müxalifətinin önəmli simalarından biri tərəfindən səslənən belə bir bəyanatı yüksək qiymətləndiririr. Bu bir daha onu Türkiyədə hakimiyyətə münasibətdə müxalifət var. Amma fundamental məsələlərdə, ölkənin milli maraqları, dövlət maraqları kimi məsələlərdə heç bir halda iqtidar-müxalifət yanaşması yoxdur. Türkiyə iqtidarı birmənalı şəkildə Azərbaycanın mövqeyini müdafiə edir. Həmçinin, Türkiyə müxalifəti də eyni mövqedən çıxış edir. Bütün bunlar da Ermənistanda olduqca gərgin ictimai-siyasi mühitin formalaşmasını şərtləndirən amillər sırasındadır”. 
Həmsöhbətimiz onu da qeyd etdi ki, türk dünyasının Qarabağ məsələsilə bağlı Ermənistana qarşı birgə sərt addımlar atması şübhəsizdir: “Türk dünyası işğalçı Ermənistana qarşı birgə belə sərt addımlar ata bilər. Belə məsələdə nəinki təkcə türk, müsəlman dünyasının da sərt addımlar sərgiləməsinə böyük ehtiyac var. Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Cəzirə” televiziyasına müsahibəsi zamanı da bu məsələni diqqətdə saxlayaraq qeyd etdi ki, bəzi müsəlman dövlətləri işğalçı Ermənistan dövlətilə əlaqələri genişləndirmək  xəttini həyata keçirir. Bu da müsəlman həmrəyliyinə uyğun gəlməyən bir yanaşmadır. Ona görə müsəlman, eyni zamanda türk həmrəyliyi olmalıdır ki, belə işğalçı qüvvələrə qarşı birgə səy və mübarizəni ortaya qoya biləsən. Bu baxımdan Türkiyə dövləti Azərbaycan ilə çox sıx təmasdadır. Hazırda dünyada mövcud olan dövlətlər arasında etimadsızlıq mühiti formalaşsa da, bu reallıqda Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı dövlətlərarası münasibətlərin necə olması sualına əslində, verilən bir cavabdır. Digər türkdilli dövlətlərdən Qazaxıstan Azərbaycanın mövqeyini birmənalı şəkildə müdafiə edir. Türkmənistanla ölkəmiz arasında Xəzərin statusu məsələsində fbkir ayrılığı var idi. Bu da Qarabağ münaqişəsi prosesinə istər-istəməz təsirsiz qalmırdı. Amma son zamanlar bu məsələlərdə də bir yumşalma tendensiyası meydana çıxıb. Rəsmi Aşqabad Xəzərin statusu ilə bağlı məsələdə əvvəlki dövrlərlə müqayisədə bir qədər daha yumşaq mövqedən çıxış etməyə başlayıb. Hesab edirik ki, bu vəziyyət son nəticədə Türkmənistanın Qarabağ münaqişəsilə bağlı mövqeyinə də təsirsiz qalmayacaq. 
Özbəkistan dövləti də İslam Kərimovun dövründə münaqişənin həlli prosesində hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. İndiki Özbəkistan hakimiyyətinin əvvəlki iqtidar təmsilçisinin siyasi kursunu davam etdirəcəyini bildirməsini nəzərə alsaq, bu baxımdan hesab edirəm ki, Özbəkistanla da vəziyyət kifayət qədər normaldır. Qırğızıstan Azərbaycan münasibətləri də dinamik inkişaf xətinə malikdir. Ermənistan ən çox ondan şikayət edir ki,  Orta Asiyanın əksər türkdilli dövlətlərinin də daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı onlarla deyil, məhz Azərbaycanla yaxınlıq edir, dostluq münasibətləri saxlayır. Hətta onlar daxilində Belarus kimi türk olmayan dövlət də var. Ona görə hesab edirəm ki, indilikdə Ermənistanda bütün sferalarda böhran yaşanır. Bu böhran özünü həmçinin diplomatiya və xarici siyasət məsələlərində də göstərir. Artıq Ermənistanın bir təşkilat  çərçivəsində özünə müttəfiq hesab etdiyi dövlətlər Azərbaycanı daha çox müdafiə edir. Ermənistan hətta strateju müttəfiqi hesab etdiyi Rusiyaya da etiraz edir. Bu etirazı da onunla bağlıdır ki, nədən Moskva müttəfini Ermənistana deyil, daha çox Azərbaycana silah-sursat verir. Amma əslində, bu silahlar verilmir, ən yüksək qiymətlərlə Azərbaycana satılır. 
Bu günlərdə Stokoolm Təhlükəsizlik Sülh İnstitutunun 2012-2016-cı illərdə dünyada silah satışı ilə bağlı hesabatı dərc olunub. Bu hesabatda göstərilir ki, Azərbaycan həmin dövrdə Ermənistandan 20 dəfə çox silah-sursat alıb. Rusiyanın da xaricə satdığı silahların 4 faizini məhz Azərbaycan alıb. Bu məlumatlar  da Ermənistanda fəlakətli informasiya  kimi qarşılanıb. Bütün bunlar onu göstərir ki, Ermənistan bütün cəbhə boyu dalana dirənib”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz