news Image
2017.03.02
19:30
| A A A
Fransalı vəkil Xocalı soyqırımı ilə bağlı petisiya yerləşdirib

Fransada fəaliyyət göstərən vəkil Olivier Pardo tərəfindən www.change.org saytında Xocalı soyqırımının tanınması üçün Petisiya (PÉTITION POUR FAIRE RECONNAÎTRE LE MASSACRE DE KHOJALY) yerləşdirilib.

Movqe.az-ın Change.org saytına istinadən verdiyi xəbərə görə, petisiyada Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş qətliam nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfərin qətlə yetirildiyi, 1275 sakinin girov götürüldüyü, 150 nəfərin taleyinin isə bu günədək naməlum qaldığı barədə məlumat verilir.
Təəssüflə qeyd edilir ki, Fransa ictimaiyyəti bu faciə haqqında az bilgilidir. İnsan hüquqlarının ənənəvi müdafiəçisi, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin tanınmasına böyük önəm verən dövlət kimi Fransa bu soyqırıma münasibətdə fərqli mövqe tutmamalıdır.
Petisiyada Fransa Hökumətinə və beynəlxalq təşkilatlara müraciət edilərək Xocalı soyqırımının tanıdılmasına çağırış edilir.
Bu saata qədər petisiyaya 8 mindən çox insan qoşulub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs